“Almanlar pisdirlər, çox pisdirlər” – Donald Trumpbackend

“Almanlar pisdirlər, çox pisdirlər” – Donald Trump

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldə Avropa Birliyi (AB) üst səviyyə nümayəndələri bir araya gəldiyi yığıncaqda Trumpın Almaniyanın ticarət balansının çoxluğundan şikayət edərək, \”Almanlar pisdirlər, çox pisdirlər\” sözünü ifadə etməsi iddia edildi.
\”Onların ABŞ-da satdığı milyonlarla vasitələrə baxın. Dəhşət verici. Bunu dayandıracayıq\”-Trump dedi.
Trumpın bu sözlərinə qarşı çıxan AB Komissiyası Başçısı Jean-Claude Junckerin isə sərbəst ticarətin hər kəsə fayda təmin etdiyini söylədiyi ifadə edildi.
Məlumata görə, Trumpın əvvəl Juncker və AB Şurasının sədri Donald Tusk ilə bir araya gəldiyi, təxminən 45 dəqiqə sonra yığıncağa Avropa Parlamenti Başçısı Antonio Tajani və AB xarici işlər və Təhlükəsizlik siyasəti Yüksək Nümayəndəsi Federica Mogherininin də aralarında olduğu digər əlaqədar şəxslərin qatıldığı da qeyd edildi.

İnterpress.az