Çində keçmiş polis müdiri edam edildibackend

Çində keçmiş polis müdiri edam edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Şanşi əyalətinin paytaxtı Tayyüendəki Yüksək Xalq Məhkəməsi, keçmiş üst səviyyə polis şefi Cao Lipinge qəsdən adam öldürmək, rüşvət almaq, qeyri-qanuni silah və partlayıcı maddə saxlamaqdan verilən ölüm cəzasını təstiqlədi.
Caon qərarın açıqlanmasından dərhal sonra edam edildi.
Məlumata görə, ölkənin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində təhlükəsizlik müdiri və Çin Xalq Siyasi Məşvərət Konfransı başçı köməkçisi olaraq çalışan Cao Liping, haqqındakı ittihamları rədd etmişdi.

Qeyd edək ki, təhlükəsizlik müdiri olaraq çalışdığı 2008-2010 dövründə hədiyyə adı altında 23 milyon 680 min Yuen (təxminən 12,3 milyon manat) rüşvət almaq və 2015-ci ildə qadın öldürməkdə günahkar olaraq həbs edilmişdi.

İnterpress.az