AP liderindən Ərdoğana mətbuat azadlığı çağırışıbackend

AP liderindən Ərdoğana mətbuat azadlığı çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, Almaniya höküməti Ərdoğandan məhbus Yücelin, Fransa isə saxlanılan Depardonun sərbəst buraxılmasını istədi.

Cümə axşamı NATO liderlər sammitinə ev sahibliyi edən Brüsseldə, hökumət və dövlət başçıları arasında sıx bir görüş tıxacı yaşandı. Prezident Rəcəb Tayyib Ərdoğan da konstitusiya dəyişikliyi referendumundan sonra ilk dəfə bir araya gəldiyi bir çox Avropalı liderlərlə görüşlər keçirtdi.

Ərdoğan ilə görüşən liderlər arasında Avropa Parlamenti Başçısı Antonio Tajani də iştirak etdi. Tajani, görüşdən sonra \”Die Welt\” qəzetinə etdiyi şərhdə, \”Ərdoğana, Türkiyənin mətbuat azadlığına hörmət göstərmək istədiyinə istiqamətli addımlar atması lazım olduğunu çatdırdım\” dedi.

Tajani:- \”Bir Avropa Birliyi üzvü üçün jurnalistlərə azadlıq təmin edilməsinin qaçınılmaz olduğunu\” ifadə edərək, Ərdoğana bu mövzuda güclü bir mövqe tutmasını çağırışı etdiyini bildirdi.

AP Başçısı, qəzetə verdiyi açıqlamada Ərdoğan ilə \”dəqiq və gerçək\” bir görüş keçirtdiyini söylədi. Tajani, Ərdoğanın görüşdə Türkiyənin AB üzvlüyü üçün səy göstərəcəklərini öhdəliklərinə götürdüyünü bildirdi. Tajani ayrıca, Türkiyə üçün Avropa Birliyi üzvlüyünün, edam cəzasının geri götürülməməsi vəziyyətində mümkün olmayacağını təkrarladı.

NATO liderlər sammitində, Türkiyədə məhbus olan xarici jurnalistlərin vəziyyəti də müzakirə edildi. Fransa prezidenti Emmanuel Macronun, sərhəd xarici edilmək üzrə Türkiyədə saxlanılan Fransız jurnalist və fotoğrafçı Mathias Depardonun sərbəst buraxılması üçün dövrəyə girdiyi bildirildi. Ərdoğan Macrona Depardonun vəziyyətinə dərhal baxılacağını ifadə etdi.

Beş ildir Türkiyədə yaşayan Fransız jurnalist Depardon, Batmanın Hasankeyf mahalında fotoşəkil çəkərkən \”etibarlı mətbuat kartı olmadığı\” səbəbiylə nəzarətə alınmışdı. Depardon sonra da sərhəd xarici edilmək üzrə Gaziantepteki Miqrasiya İdarəsində Geri Göndərmə Mərkəzinə götürülmüşdü. Depardo nartıq iki həftədir ki, işinə baxılmasını gözləyir. Almanya Baş naziri Angela Merkel də Ərdoğan ilə görüşündə \”Die Welt\” qəzetinin Türkiyə nümayəndəsi Deniz Yücelin sərbəst buraxılması üçün etdiyi çağırışı təkrarladı.

Merkelin Ərdoğandan, Türkiyədə məhbus olan Alman vətəndaşlarına hüquqi dövlət prinsiplərinə uyğun rəftar edilməsini və xüsusilə də Yücelin sərbəst buraxılmasını tələb etdiyi açıqlandı.

İnterpress.az