Bloqçu Lapşinin istintaqı yekunlaşıbbackend

Bloqçu Lapşinin istintaqı yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloqçunun vəkili Eduard Çernin deyib ki, işlə tanış olduqdan sonra baxılmaq üçün məhkəməyə göndəriləcək.
Aleksandr Lapşin 2011-ci və 2012-ci ildə Qarabağa səfərlərindən sonra, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən 2013-ci ildə dərc edilmiş arzuolunmaz şəxslərin siyahısına daxil edilib.
Buna baxmayaraq, o, 2016-cı ilin iyun ayında Azərbaycana Ukrayna pasportu ilə bir daha daxil olub və bu dəfəki səfər barədə bloqunda yazıb.
Bloqçu Qarabağa \”2011-ci ildə qanunsuz olaraq səfər etdiyinə və bundan sonra Azərbaycan sərhədini qanunsuz şəkildə keçməkdə\” ittiham olunaraq Azərbaycanın sorğusu nəticəsində dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Aleksandr Lapşin bu il fevralın əvvəlində Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilib. (bbc)

İnterpress.az