“Müsəlman immiqrantlar Almaniya üçün bir şans”backend

“Müsəlman immiqrantlar Almaniya üçün bir şans”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Berlində Protestant kilsəsi günləri səbəbindən Deutschlandfunk radiosuna açıqlama verən nazir Schaeuble, qaçqın köçü ilə birlikdə ölkədə yaşayan müsəlman immiqrant sayının artdığını, bunu bir şans olaraq görmək lazım olduğunu ifadə etdi.
Xristian Demokrat Birlik (CDU) partiyalı Schaeuble, almanların Müsəlmanlardan öyrənə biləcəyi şeylər olduğunu qeyd etdi və ancaq bunun üçün \”Yalnız mənimki doğru deyil\” deməyə hazır olmaq lazım olduğunu söylədi. İslamda qonaqpərvərlik, tolerantlıq kimi çox sayda insanı dəyər olduğunu ifadə edən Schaeuble, Almaniyada İslam inancına sahib çox sayda müsəlman yaşadığını, onlarla dialoqa keçmənin və birlikdə həyat üzərinə danışıqların aparılması əhəmiyyətli olduğunu vurğuladı. Schaeuble:- \”Yəhudilər əsrlər boyu Müsəlman ölkələrdə xristian ölkələrdən daha rahat yaşadılar\” dedi.

İSLAM Almaniyanın bir parçası

İslamın Almaniyanın bir parçası olduğu sözlərini vurğulayan Schaeuble, bunun həyatın bir reallığı olduğunu, bunu rədd etmə Almaniyadakı reallıqları tanımadığını və faydalı bir siyasətçi ola bilməyəcəyini ifadə etdi. Schaeuble belə dedi: \”Dinin fanatizmə qaçması və ya zorakılığa, düşmənçiliyə yönəlməsi əlbəttə bir səfvdir. Bütün böyük dinlərin ortaq mesajında: \”Digərlərini qardaşın kimi gör, onlarla yaşamasını bil\” deyilir. Çünki insan yalnız yaşaya bilməz. Dünyaya yalnız gəlmir\”.
Bundan əlavə Maliyyə naziri Schaeuble, qabaqcıl mədəniyyət anlayışı mövzusunda da bitərəf olduğunu qeyd etdi.

İnterpress.az