Facebook qurucusu Zuckerberg Harvard diplomu aldıbackend

Facebook qurucusu Zuckerberg Harvard diplomu aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın ən nüfuzlu ali təhsil müəssisələrindən biri qəbul edilən Harvard Universitetində kompüter mühəndisliyi və psixologiyadan təhsili alan, ancaq 2004-ci ildə ikinci kursa keçərkən universitetdən ayrılan Zuckerberg, 13 ildən sonra Harvardın məzuniyyət mərasiminə qatıldı.

Mərasimdə diplomunu alan Zuckerberg, Facebookdan etdiyi paylaşmada, \”Anacan, geri gəlib diplomumu alacağımı sənə həmişə söyləmişdim\” ifadə edib.

1,3 MİLYON ADAM BƏYƏNDİ

Zuckerbergin diplomunu havaya qaldırarkən məzuniyyət paltarı və papağı ilə paylaşdığı fotoşəkil Facebookda 1,3 milyon adam tərəfindən bəyənildi.

Harvardda tələbə ictimai paylaşma saytını quran ancaq Facebookla daha çox məşgul olmaq üçün təhsilini yarıda buraxan Zuckerberg, təxminən 65 milyard dollarlıq sərvətiylə dünyanın ən zəngin və gənc milyarder mövqeyindədir.

DÜNYANIN ƏN QİYMƏTLİ 5- Cİ ŞİRKƏTİ

Apple, Google, Microsoft və Amazon kimi nəhəng şirkətlərin sonra Facebook təxminən 446 milyard dollarlıq bazar dəyəriylə dünyanın ən qiymətli 5-ci şirkəti oldu.

Hal-hazırda dünyanın ən zəngin insanı olan Bill Gates, Microsoftu qurmasından sonra Harvard Universitetini 1975-ci ildə yarıda buraxmış, 2007-ci ildə isə universitetdən fəxri doktoru ünvanı almışdı.

İnterpress.az