Təyyarədə siqaret çəkən britaniyalı 9 il həbs cəzası aldıbackend

Təyyarədə siqaret çəkən britaniyalı 9 il həbs cəzası aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\”yə istinadən xəbər verir ki, 2015-ci ildə britaniyalı John Cox-un təyyarənin ayaqyolunda siqaret çəkməsi yanğına səbəb olub. İlk əvvəl britaniyalıya kəsilmiş 4 il 6 ay həbs müddəti sonradan 9 il 6 aya qədər artırılıb.
Apellyasiya məhkəməsi prokurorun gətirdiyi dəlillərlə razılaşıb.
İlkin cəzanın həddən artıq yüngül olduğunu deyən prokuror cəzanı sərtləşdirib.
2015-ci ildə Birmingham-dan Misirin Şarm əş-Şeyx kurort şəhərinə uçan təyyarənin kapitanı SOS siqnalı göndərərək yaxınlıqdakı hava limanına təcili eniş tələb edib.
Buna isə reysdən əvvəl içki içən və daha sonra ayaqyolunda siqaret çəkmək qərarına gələn 46 yaşlı John Cox-un törətdiyi yanğın səbəb olub.
Təyyarə heyəti ayaqyolundakı zibil qabında baş verən yanğını söndürə bilmədikləri barədə xəbər verən zaman göyərtədə 200 sərnişin olan təyyarə Misir sahillərindən 160 km aralıda və 10 km yüksəklikdə olub.
Təyyərə heyətinin köməyinə yanğınsöndürən işləyən bir sərnişin çatıb. Nəticədə təyyarə yerə uğurla enib.
20 illik təcrübəsi olan təyyarə kapitanı bu qədər təhlükəli vəziyyətlə qarşılaşmadığını bildirib.
Bu ilin yanvar ayında Birmingham-da keçirilən məhkəmədə Cox günahını və hərəkətinin təhlükə törətdiyini etiraf edib.
Apellyasiya məhkəməsi zamanı vəkili həmin vaxtlarda anasını itirən və ailə problemləri olan Cox-un depressiyada olduğunu əsas gətirərək cəzanın yüngülləşdirilməsini təkid etmişdi.

İnterpress.az