“Terror mövzusunda əlimizdən gələni edəcəyik”backend

“Terror mövzusunda əlimizdən gələni edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Yaponiya, Fransa, Kanada və İtaliyadan ibarət G7 Liderlər Zirvəsi çərçivəsində İtaliyada olan Macron, İngiltərə Baş naziri May ilə bir araya gəldi.

May ilə görüşündə terror və təhlükəsizlik məsələlərinə toxunan Macron, İngiltərənin Manchester şəhərində təşkil edilən terror hücumunun, Fransızları və avropalıları yaraladığını söylədi.

\”Əlimdən gələni edəcəyəm\”

Macron, terrorla mübarizə mövzusunda əlindən gələni edəcəyini vurğulayaraq, terror hücumlarının iki ölkə arasında iş birliyinin əhəmiyyətini göstərdiyini ifadə etdi.

Fransa prezidenti Macron, həmçinin ölkəsi və İngiltərə arasında, iqtisadiyyat, təhlükəsizlik və diplomatik əlaqələr mövzularında yaxın iş birliyinin davam edəcəyini qeyd etdi.

G7 liderləri, bugünkü ilk iki iclasda xarici siyasət, təhlükəsizlik və Manchesterdəki terror hücumu kontekstində DEAŞ başda olmaq üzrə terrorla mübarizə məsələlərini müzakirə edəcəklər.

Liderlər, ilk günün son iclasında dünya iqtisadiyyatı və davamlı inkişaf mövzularını qiymətləndirəcəklər.

İnterpress.az