“Beynəlxalq Bankın reytinqlərinin düşməsi müvəqqəti haldır”backend

“Beynəlxalq Bankın reytinqlərinin düşməsi müvəqqəti haldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bankdan Trend-ə verilən məlumata görə, bunu ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə Fitch, ardınca bu gün Moody’s beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu, gözlənilən idi: “Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.

X.Əhədov vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

İnterpress.az