“Mehriban Əliyevanın işləri hörmət və heyranlıq oyadır”backend

“Mehriban Əliyevanın işləri hörmət və heyranlıq oyadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda iştirak edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

\”Mən Bakıya birinci dəfə gələndə, şəhəri müasir simada görəndə heyrətlər içində qaldım ki, bu şəhər hansı sevgi və qayğı ilə tikilib. O vaxt bizim boş vaxtımız oldu. Bir neçə saatlığa bizə şəhərin qədim hissəsini göstərdilər. Bütün bu muzeyləri, incəsənət və sənətkarlıq sərgilərini görəndə soruşdum ki, qədimlik və ənənəviliyi müasir texnologiya ilə necə uyğunlaşdıra bilmisiz? Mənə dedilər ki, bütün bunlara böyük töhvəni birinci xanım Mehriban Əliyeva verib. Bundan sonra mən onun bunları necə etdiyi barədə oxumağa, öyrənməyə başladım. Onun işlərinə heyran qaldım. Bu barədə hətta Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna dedim. Ondan soruşdum ki, həqiqətənmi bu belədir? Polad Bülbüloğlu bütün bunları təsdiqlədi\”.

M. Zaxarova Azərbaycan paytaxtında dəfələrlə olduğunu söyləyib: \”Bundan sonra Bakıda dəfələrlə oldum. Gördum ki, şəhəriniz ildən ilə daha maraqlı, daha yaxşı və daha müasir olur. Mən, Mehriban Əliyevanın bu layihələr üzərində rəhbərliyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işləri səmimi hörmət və heyranlıq oyadır\”.

İnterpress.az