“Mən bütün müsəlmanlara oruc, ibadət və xeyirli bir Ramazan…”backend

“Mən bütün müsəlmanlara oruc, ibadət və xeyirli bir Ramazan…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, Trump mesajında, Ramazanın özündə şiddəti rədd etmə, sülhü davam etdirmə və ehtiyacı olanlara kömək etmə ruhu olduğunu bildirib, bu ruha zidd şəkildə son dövrdə İngiltərə və Misirdə yaşanan terror hücumlarından da bəhs edib.

Trump, bu cür terror hərəkətlərinin terroristlərə qarşı cəmiyyəti daha da gücləndirdiyini vurğulayıb.

TERRORA QARŞI ORTAQ STOP MESAJI

Səudiyyə Ərəbistanı ziyarətində İslam dünyasından bir çox liderlə bir araya gəldiyini xatırladan ABŞ prezidenti Trump:
\”Müsəlman dünyasının iki müqəddəs məkanını saxlayan torpaqlarda, bütün dünyada sülh, təhlükəsizlik və rifah adına ortaq iş birliyi mesajımızı vermək üçün bir araya gəldik. Amerika müttəfiklərimizlə birlikdə terrorizmə və onu bəsləyən ideologiyaya qarşı dayanacaq\”.

Mesajında Ramazan ayı boyunca hər kəsi əlindən gələni etmək üçün əzmli olmağa dəvət edən Trump:
\”Beləcə bizdən sonrakı nəsillər bu bəladan uzaq qala bilər və sülh içində bir araya gəlib ibadətini edə bilər. Mən bütün müsəlmanlara oruc, ibadət və xeyirli bir Ramazan keçirmələri arzu edirəm.\”

İnterpress.az