Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dini icmalarının liderləri ilə görüşübbackend

Elmar Məmmədyarov Nyu-Yorkda ABŞ dini icmalarının liderləri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, daha sonra nazir E.Məmmədyarov Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirdi.

Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd etdi.

Nazir E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyərək, 2016-ci ilin ölkəmizdə Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan olunduğunu dedi. E. Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəylik Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırdı.

İnterpress.az