Qara, ağ fərqi yoxdur – Tut cana  xeyirlidirbackend

Qara, ağ fərqi yoxdur – Tut cana xeyirlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tutun faydaları:

– Vücuda qüvvət verir;

– Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri zamanı, öskürəyə qarşı təsirlidir;

– Hərarəti salır;

– Qaraciyəri qüvvətləndirir;

– Mədə və bağırsaqların işini nizamlayır;

– Dəmir baxımından çox zəngin, şiş əridici, sidikqovucudur;

– Acqarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır;

– Mədə və bağırsaqları rahatlaşdırır;

– Qara tut ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir;

– Kökəldir və iştah açır;

– Qaraciyəri qüvvətləndirir.

Ağ tutun 15-20 qram yarpağı üç su stəkan su ilə qaynadılıb içilərsə, sidikqovucu təsir göstərər. Bu tərkib eyni zamanda qızdırmanı salır. Tutun təzə yarpaqlarıyla dəridəki yaralara və burundakı qanamalara tampon edilərsə, qanamaları dayandırar. Qara tutun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilsə, boğaz, ağız və diş əti iltihablarına qarşısını alar. Tut qurusunun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilərsə, boğaz, ağız və diş əti iltihablarının qarşısını alar.

Qara, ağ fərqi yoxdur - Tut cana  xeyirlidir

İnterpress.az