Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd edilibbackend

Çikaqoda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü qeyd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bu günlər həm də televiziyanın qurucusu və rəhbəri Əhməd Obalı tərəfindən 2004-cü ildə təsis edilən Güney Azərbaycan Televiziyasının növbəti ildönümünə təsadüf edir.

Mərasim Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və Güney Azərbaycan Televiziyasının təsis edilməsinin növbəti ildönümünə həsr olunub. Tədbirə Çikaqo və ABŞ-ın digər bölgələrində yaşayan 200-dən çox soydaşımız qatılıb. Onların əksəriyyəti Güney və Quzey Azərbaycan, Türkiyə və Kərkük türkləri olub. İlk öncə bütün iştirakçılar ayağa qalxaraq Azərbaycanın dövlət himnini oxuyublar. Ə. Obalı çıxışında Azərbaycan Xalq Cümhuriyyəti barədə geniş məlumat verib, Şərqdə və islam dünyasında ilk demokratik respublikanın Azərbaycanda qurulmasının tarixi əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətində söz azadlığı və insan haqlarının təmin edilməsi və qısa müddətdə görülən digər mühüm işlərdən bəhs edib: “Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üzərində dalğalandırdığı bayraq daha heç zaman enməyəcək və Azərbaycan səmasında hər zaman dalğalanacaq. Gələn il Azərbaycan xalq Cümhuriyyətinin 100-cü ildönümü daha təntənəli şəkildə Çikaqoda qeyd olunacaq”.

Mərasimdə şam ziyafəti təşkil edilib, milli rəqslər və Azərbaycan musiqisi ifa olunub. (apa)

İnterpress.az