“Kral kim” reklamı, Belçika kralını qəzəbləndirdibackend

“Kral kim” reklamı, Belçika kralını qəzəbləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın qabaqda gedən fast-food markalarından \”Burger King\”, gələcək ay ilk restoranını açmağı planlaşdırdığı Belçika üçün yeni reklamını nəşr etməyə başlayıb. Şirkət, reklam kampaniyası çərçivəsində \”Kral kim? Mənasını verən \”whoistheking.be\” adlı bir internet saytı da qurub. Sayta girildiyi zaman Belçika Kralı Philippenin taxta çıxış tarixi və firmanın ölkəyə restoran açacağını eşitdirdiyi tarix məlumatı çıxır.
Daha sonra isə solda üzərində Kral Philippenin şəkilinin olduğu kral gerbi, sağda \”Burger King\”in loqosu olan bir səhifə açılır. İstifadəçilər Burger Kingin seçsə sualla qarşılaşmır. Ancaq kral seçildiyində \”Əminsinizmi? Kartof qızartmasını o hazırlamayacaq \”cümləsi çıxır.
\’Bəli\’ deyib bu mərhələni da keçənlər əmin olub olmadıqlarına dair bir sualla daha qarşılaşır. Son səhifədə isə yalnız \’Xeyr\’ ifadəsi çıxır.

Belçika kralı qəzəbləndi

\”AFP\”-ə danışan Belçika Kralın mətbuat katibi Pierre Emmanuel də Bauw, kralın adının və şəklinin istifadə edilməsinin icazəsi tələb olduğunu söylədi. Burger Kingin özlərindən icazə almadığını, belə bir tələb olmadığını söyləyən mətbuat katibi, bu yanaşmanı qeyri-adekvat adlandırdı: \”Kommersiya məqsədli olduğu üçün icazə verməzdik.\”

"Kral kim" reklamı, Belçika kralını qəzəbləndirdi

Belçika rəsmi xəbər agentliyinə Belga kraliyətin qısa zamanda firmayla əlaqəyə keçəcəyini bildirib.

İnterpress.az