“Kimsəyə tamamilə güvənə bilmərik”backend

“Kimsəyə tamamilə güvənə bilmərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, G7 sammitində yaşadığı xəyal qırıqlığını ifadə edən Merkel \”Başqalarına tamamilə güvənə biləcəyimiz zamanlar bir addım geridə qaldı. Son günlərdə bunu sınamalıydım. Biz Avropalılar öz taleyimiz həqiqətən də öz əlimizə götürməliyik\” – dedi.

Merkelin həm Donald Trump liderliyindəki ABŞ hökumətinə, həm də Avropa Birliyindən çıxmağa hazırlaşan İngiltərəyə istinadən bu açıqlamanı etdiyi ifadə edilir.

Həm ABŞ, həm İngiltərə ilə dostluğun sürməsi lazım olduğunu vurğulayan Merkel \”Amma bilmək məcburiyyətindəyik ki, öz taleyimiz üçün özümüz mübarizə aparmalıyıq\”-dedi.

Merkel Fransa prezidenti Emmanuel Macron liderliyindəki yeni rəhbərliklə yaxşı əlaqələrə verdiyi əhəmiyyəti vurğuladı. Dünyanın qabaqda gedən 7 sənaye ölkəsinin (ABŞ, Kanada, Yaponiya, Almaniya, Fransa, İtaliya və Böyük Britaniya) dövlət və hökumət başçılarını bir araya gətirən G7 Zirvəsi İtalyanın Siciliya adasındakı Taormina şəhərində artıq sona çatmışdı. Zirvədə altı ölkə iqlim mövzusunda ABŞ ilə ortaq bir fikrə gələ bilmədi.

ABŞ prezidenti Donald Trumpın ölkəsinin iqlim müqaviləsində çıxıb çıxmayacağı mövzusunda bir qərar verməsi gözlənilir. Trump dünən Twitter hesabından Paris İqlim Müqaviləsi ilə əlaqədar qərarını gələn həftə verəcəyini açıqladı. İnternet jurnalı \”Axiosta\”da çıxan xəbərdə isə qərarının çoxdan verildiyi irəli sürüldü. G7 Zirvəsindən sonra Merkel \”ABŞ-ın Paris müqaviləsində qalıb qalmayacağına dair indiyə qədər hər hansı bir işarə yoxdur\” demiş Macron isə optimist bir cədvəl çəkərək Trumpın müqaviləyə bağlılığı davam etdirəcəyinə dair \”ümidli olduğunu\” söyləmişdi.

İnterpress.az