Macron Trump ilə əl sıxışmasıyla əlaqədar açıqlama verdibackend

Macron Trump ilə əl sıxışmasıyla əlaqədar açıqlama verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildirir ki, BBC-nin verdiyi xəbərə görə, \”Journal du Dimanche\” qəzetinə açıqlama verən Macron, ABŞ prezidenti Donald Trump ilə çox danışılan əl sıxışmasının şüurlu olaraq edildiyini ifadə edərək, \”Trump, Türkiyə prezidenti (Rəcəb Tayyib Ərdoğan) və Rusiya Dövlət Başçısı Vladimir Putin hər şeyi güc əlaqələri çərçivəsində görür, bu məni narahat etmir. İctimaiyyət önündəki tənqidlərlə diplomatiyaya inanmıram, amma ikili diyaloglarımda heç bir şeyin keçib getməsinə icazə vermərəm. Bu şəkildə hörmət qazanarsınız \”dedi.
Macron ilə Trumpın uzun sürən əl sıxışması nəticəsində kameralara əks olunan görünüşlərdə Fransız liderin oynaqlarının ağardığı görünmüşdü.

Macron, bu əl sıxışmasıyla \”simvolik belə olsa kiçik güzəştlər verməyəcəyini\” göstərmək istədiyini söylədi.

Qeyd olunur ki, son zamanlar Trumpın vəzifəyə gəldiyindən bəri əl işarələri yaxından təqib edilir. Bəzi mütəxəssislər Trumpın güc göstəricisi olaraq əlini sıxdığı adamı özünə doğru çəkmə meyli olduğunu söyləyir.

İnterpress.az