Sellüliti kremsiz də “görünməz” etmək olarbackend

Sellüliti kremsiz də “görünməz” etmək olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”The Sunday Telegraph\” qəzeti yazır ki, yay aylarında qadınların ən çox narahat olduqları məsələlərdən biri də sellülit və ya \”portağal dəridir\”.
Məqalədə deyilir ki, sellülit Google-da hər 0, 71 saniyədən bir axtarılan açar sözdür. Qadınlar fəal şəkildə \”portağal dəridən\” xilas olmaq üçün çarə axtarırılar. Onların bir çoxu sehirli krem axtarışındadırlar. Amma kremlər və yağlar bu dərddən xilas olmaqda çarə ola bilərmi?
Dermatoloq professor Anna Marie Olsen \”yox\” cavabını verir. Ekspert deyir ki, kremlər dərinin vəziyyətini yaxşılaşdıra bilər, lakin müalicə edə bilməz.
Professor Olsen bildirir ki, sellülit elmi cəhətdən tam öyrənilməyib. Bəlli olan budur ki, dərinin belə vəziyyəti qadınlarda yetkinlik yaşına çatdıqdan sonra başlanır və hər qadında əmələ gəlmə vaxtına və miqyasına görə müxtəlifdir.
Onun fikrincə, qadınların bir çoxunda \”portağal dəriyə\” meyllilik irsi xarakter daşıyır, amma qidalanma ilə də sıx bağlıdır. Məsələn, piylənmə, aşırı karbohidrat qəbulu, oturaq həyat və siqaret dərini təsirləndirə bilir.
Olsen bildirir ki, sellülitin müalicəsi üçün bir neçə tibbi metodlar mövcuddur, lakin təbii vasitələr də dərinin sağlamlaşdırılmasında önəmli rol oynaya bilər.
Bu vasitələr sellülitin görünmə dərəcəsini azaltmağa imkan verir. Ekspertin fikrincə bunlardan biri də səhər və axşam masajlarını gündəlik rejimin bir hissəsinə çevirməkdir.
Bu masajlarda əsas diqqət baldır, omba və qarın hissələrə verilməlidir. Belə masajlar \”limfatik drenaja\” – toksik maddələrin dəridən çıxarılmasına kömək edir.
Başqa bir dəri eksperti – Nichola Joss isə məsləhət görür ki, isti duşdan sonra bədəninizdən bir qədər soyuq su axıdasınız. Soyuq su dəridaxili \”turbosirkulyasiyanı\” hərəkətə gətirir.
Ekspertlər bildirirlər ki, sellüliti dərhal görünməz etməyin bir yolu da günəş vannalarıdır. Bu vannalar zamanı şüalanma düzgün yerlərə yönəldildikdə sellülitli sahələri pərdələyə bilir və ayaqları daha arıq göstərir.
Bütün bunlar sellülitdən tam yaxa qurtarmaq imkanı verməsə də, qadınları lazımi vaxtlarda vəziyyətdən çıxarır. (bbc)

Sellüliti kremsiz də “görünməz” etmək olar

İnterpress.az