Xərçəngdən qoruyur – Albalıbackend

Xərçəngdən qoruyur – Albalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunun səbəbi giləmeyvənin tərkibində olan nadir faydalı maddələrdir.
– Albalı ürək-damar və qan sistemi üçün olduqca faydalıdır. Tərkibində kumarin maddəsi olan albalı qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, damarları möhkəmləndirir, onların elastikliyini artırır, qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafının qarşısını alır.
Qan problemləri, anemiya (qanazlığı) zamanı da albalı və albalı şirəsi təbii müalicəvi məhsul sayılır.

Xərçəngdən qoruyur - Albalı

– Albalı həzm sisteminin fəaliyyətini stimullaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.
– Albalı və albalı şirəsi nəfəsalma sistemində iltihabları azaldır, bəlğəmgətirici təsir edir.
– İltihab və mikrobləyhinə xüsusiyyətlərə malik olan albalı soyuqdəymə zamanı kömək edir. C vitamini ilə zəngin olduğuna görə immun sistemini möhkəmləndirir.
– Albalı sinir sistemini möhkəmləndirir, kişilərdə potensiyanı yaxşılaşdırır.
– Ellaq turşusu ilə zəngin olan albalı xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
– Araşdırmalar sübut edib ki, albalı görməyə yaxşı təsir edir, göz xəstəliklərinin inkişafından qoruyur.
– Albalı artrit və podaqra zamanı faydalıdır.
– Orqanik turşularla zəngin olan albalı orqanizmdə piylərin parçalanmasını sürətləndirir, arıqlamağa kömək edir.
– Antosian maddələrlə zəngin olan albalı güclü antioksidant xüsusiyyətlərlə zəngindir – orqanizmdə qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır, iltihabları azaldır.

Xərçəngdən qoruyur - Albalı

İnterpress.az