“Bu hadisələrlə əlaqədar Türkiyə ilə yaxın fikir mübadiləsi aparmağa ehtiyac var”backend

“Bu hadisələrlə əlaqədar Türkiyə ilə yaxın fikir mübadiləsi aparmağa ehtiyac var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İran xarici işlər naziri Cavad Zərif, Ankarada yerləşəcəyi Hilton Oteli girişində, mətbuat mənsublarına açıqlama verdi. Nazir Zərif, sözlərinə ölkəsində yaşanan terror hücumunda həyatını itirənlər üçün başsağlığı verırık dua etdi.

\”Bu hücum xalqımızın terrora qarşı mövqemizi daha da gücləndirəcək.\” deyən Zərif, təhlükəsizlik gücləri və İran xalqı ilə bu cür hücumlara qarşı hər zaman qarşı olacaqlarını söylədi. Zərif, səfər səbəbiylə Tehrandakı terror hücumlarının detallarına bağlı məlumat sahibi olmadığını ifadə edərək, \”Bölgədə bizim üçün narahatlıq verici hadisələr yaşanır. Bu hadisələrlə əlaqədar Türkiyə ilə yaxın fikir mübadiləsi aparmağa ehtiyac var.\” dedi.
Türkiyə səfərində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyini ifadə edən Zərif, yanında xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə də bir araya gələcəyini və bu danışıqlarda başda Suriya olmaqla ikitərəfli və regional mövzuları müzakirə edəcəklərini dilə gətirdi.

İnterpress.az