Həmsədrlər Sarkisyanı ram etməyə cəhd edəcəklərmi?backend

Həmsədrlər Sarkisyanı ram etməyə cəhd edəcəklərmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

S. Sərkisyanın prezidentliyinin başa çatmasına 10 ay qalıb. Qalan 10 ayda S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsinə imkan verməməyə çalışacaq. 2008-ci ildən hakimiyyətdə olan S.Sərkisyan hakimiyyətinin yalnız ilk aylarında Azərbaycanla barışığın tərəfdarı oldu. Hətta “BBS” radiosuna verdiyi müsahibəsində Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa və Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə çağırdı. 2008-ci ildə S.Sərkisyan qan üstündə hakimiyyətə gəldiyi üçün Qərbin onun prezidentliyinin legitimliyinin tanımayacağından qorxurdu. Qərb bəzi məsələlərə görə yaranmış vəziyyətdən istifadə etmədi. Beləliklə S.Sərkisyanın tənzimlənməyə razılıq verməsi dövrü arxada qaldı.

Prezidentliyinin sonunda S.Sərkisyan yenidən mürəkkəb suallar qarşısındadır. Həm Ermənistan üzərində hakimiyyətini saxlamalı və belə hakimiyyətinin legitimliyinə nail olmalıdır. O, bu məqsədlərinə Qarabağ tənzimlənməsində güzəştə getmədən nail olmağa çalışacaqdır.

RF Dağlıq Qarabağ tənzimlənməsində üstünlüyü ələ alıb. Bu üstünlük ABŞ tərəfindən qəbul edilir. Amma S.Sərkisyan Kremlin planlarını növbəti dəfə alt-üst etdi. Qarabağ tənzimlənməsində Putinin variantını sakitcə qəbul etməyən S.Sərkisyan Emənistanda hakimiyyətdə Rusiyapərəst ermənilərin çoxluğu ilə bağlı Kremlin arzularının reallaşmasına növbəti dəfə maneçilik etdi; Parlament spikeri seçilməsində Rusiyanın maraqlarınin təmin olunmasına imkan verməyən S.Sərkisyanın bu hərəkətinə hələki RF tərəfdən heç bir reaksiya yoxdur. Belə sükutun Ermənistan üçün faydalı olacağını düşünmürük. Hər şey Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı növbəti təşəbbüsünü irəli sürməsinin vaxtından asılıdır. RF-in prezidentlərin görüşünün vaxtını gecikdirməsi S.Sərkisyana çox baha başa gələ bilər. Qarabağ məsələsində ciddi zərbə alan S.Sərkisyanın yaranmış vəziyyəti ermənilərə izah etməyə vaxtı çatmaya bilər.

ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqəli mövqeyində aktivlik var. D.Tramp administrasiyasının bu tənzimlənməyə yeni yanaşma nümayiş etdirməsi çox ehtimallıdır.

Fransanın yeni prezidenti də yaranmış vəziyyəti düzgün dəyərləndirib, aktivlik nümayiş etdirəcəkdir. Amma bütün bunların hamısının reallaşması vasitəçilik missiyasını praktiki cəhətdən icra edən həmsədr ölkələrin üç məmurundan asılıdır. Onlar Dağlıq Qarabağ münaqişəsi regionunda müharibəyə yaşıl işıq yandırmaq niyyətində olmasalar, çox asanlıqla S.Sərkisyanın prezidentlərin görüşündən yayınmaq üçün seçdiyi taktikanı neytrallaşdıra biləcəklər. (musavat)

İnterpress.az