Rusiyalı jurnalistin sualı Nalbəndyanı özündən çıxardı: “Bu sual Bakıda yazılıb…”backend

Rusiyalı jurnalistin sualı Nalbəndyanı özündən çıxardı: “Bu sual Bakıda yazılıb…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, mətbuat konfransında Nalbəndyan ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayan rusiyalı jurnalistə sərt cavab verib.
Məsələ ondadır ki, Ermənistan XİN başçısı jurnalistin “işğal edilən Azərbaycan ərazilərini nə vaxt azad edəcəksiniz” sualı ilə çıxılmaz duruma düşüb. Bu üzdən də Nalbəndyan jurnalistə əsəbiləşib.“Mən təəssüf edirəm ki, belə bir sualı mənə verdiniz. Bu sual ya redaksiyada yazılıb, ya da Bakıda”, – deyə o qəzəbini gizlədə bilməyib. Bundan sonra o, abstrakt şəkildə bəyan edib ki, onlar ATƏT-in Minsk Qrupunun münaqişənin həlli ilə bağı tövsiyələrinə qulaq asırlar. (musavat)

İnterpress.az