“İran nə əkirsə onu biçir”backend

“İran nə əkirsə onu biçir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İran, ABŞ prezidenti Donald Trumpın İranda dünən təşkil edilən və 12 adamın həyatını itirdiyi hücumla əlaqədar \”İran nə əkərsə onu biçir\” mənasındakı sözlərini \”iyrənc\” olaraq xarakterizə etdi.

İran, dünən Tehranda parlament binası və Xomeyninin türbəsinə təşkil edilən və ən az 12 adamın öldüyü iki intihar hücumunun yaralarını qucaqlamağa çalışarkən, ABŞ prezidenti Donald Trumpın hücumlarla bağlı şərhləri gündəmə damğa vurdu.

Trump ABŞ-ın qurbanlar üçün \”yas tutub, dua edəcəyini\” söylədi. Ancaq Trump \”Terrorizmi dəstəkləyən ölkələrin dəstəklədikləri şeytanın qurbanı olacaqlarının altına bir xətt çəkirik\” şərhiylə İranın reaksiyasını çəkdi.

İran xarici işlər naziri Cavad Zərif, Trumpın şərhlərini qınayaraq \”İyrənc bir Ağ Ev şərhi … İranlılar ABŞ-ın bu cür dostluq iddialarını rədd edir\” ifadələrini Tweet-də yazdı.
Trumpın sözləri ictimai mediada İran vətəndaşlarından da reaksiya aldı. İranlı iş analitiki Ali Ghezelbash atdığı tweetdə:

\”İranlılar sizin üçün 11 Sentyabr hücumlarından sonra şam yandırdı. Siz onları yerə düşmüşkən bir də tapdalayırsınız. Çox qəşəng\” dedi.

ABŞ uzun müddətdir İranı terrora dəstək verməklə günahlandırır və 2015-ci ildə İran ilə edilən nüvə müqaviləni sona çatdırmaqda təhdid edir. Hal-hazırda ABŞ Senatında İrana yeni sanksiyalar tətbiq olunması ehtiva edən bir qanun gündəmdə.

Qeyd edək ki, Tehranda dünən İran parlamenti və Xomeyninin türbəsində təşkil edilən hücumu işid boynuna götürmüşdü. İran İnqilab Muhafızları isə hücumların arxasında Səudiyyə Ərəbistanı və ABŞ-ın olduğunu iddia etmişdi.

İnterpress.az