NATO Azərbaycan sülhməramlılarının peşəkarlığını yüksək qiymətləndiribbackend

NATO Azərbaycan sülhməramlılarının peşəkarlığını yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, xidməti vəzifələrini yerinə yetirərkən fərqlənən Azərbaycan sülhməramlıları barədə HKİA Qarnizonu komandanı, briqada generalı Murat Selçuk Çol tərəfindən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdarlıq məktubu ünvanlanıb. Məktubda Azərbaycan sülhməramlılarının nümayiş etdirdiyi nümunəvi xidmətin səviyyəsindən böyük məmnunluq ifadə olunub: “Sizə Həmid Kərzai adına Beynəlxalq Hava Limanın hərbi hissəsində xidmət edən 52 ölkənin 5.000 nəfərədək hərbi qulluqçu və mülki işçi adından təşəkkürümü bildirirəm. Sayıq və intizamlı olmaqla yanaşı, göstərdikləri səylər nəticəsində Azərbaycan hərbçiləri təhlükəsizliyin təmin olunmasına, eləcə də qüvvələrin mühafizəsi qrupunun müvəffəqiyyət qazanmasına böyük töhfə verib. Azərbaycan sülhməramlıları sahib olduqları güclü dəyərlər və böyük məsuliyyət hissi ilə Türkiyə və digər beynəlxalq nümayəndələrlə dostluq münasibətləri qurublar. Azərbaycan bölüyünün bütün şəxsi heyəti ölkəsini yüksək səviyyədə nümunəvi şəkildə təmsil etməklə qazandıqları nailiyyətləri daha da önə çıxarmağı bacarıblar”.

İnterpress.az