AŞPA həmməruzəçiləri Azərbaycana gəlirbackend

AŞPA həmməruzəçiləri Azərbaycana gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-dən 14-dək baş tutacaq səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, Milli Məclisin sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, baş prokuror, Ali və Konstitusiya məhkəmələrinin sədrləri, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri və Ombudsmanla görüşlər keçirməyi planlaşdırırlar.

Həmçinin Ş.Şennax və S.F.Preda vətəndaş cəmiyyətinin nümayəndələri, hüquqşünaslar və parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcəklər.

İnterpress.az