Panama Tayvanla diplomatik əlaqəsini kəsdibackend

Panama Tayvanla diplomatik əlaqəsini kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Panama hökuməti \”Tək bir Çin\” olduğunu və Tayvanın da Çinin parçası olduğunu tanıdıqlarını açıqladı. Çin, Tayvanı öz torpağı olaraq görür və tanımadığı bu ölkənin Çinin hissəsi olması lazım olduğunu müdafiə edir.

Panama isə Çinin qanuni hökuməti olaraq Tayvan hökumətini tanıyan son ölkələr arasında yer alırdı. Orta Amerika ölkəsinin bu qərarı, son dövrdə Tayvanı tanımayan ölkələrə bir yenisini daha əlavə etmiş oldu. Dekabr ayında Afrikadakı ada ölkəsi Sao Tome və Principe Tayvan yerinə Çini tanıyacağını açıqlamışdı.

Panamanın qərarının ardından Tayvanı tanıyan yalnız 20 ölkə qaldı. Çin, Panama Kanalı səbəbiylə dünya ticarətindəki əhəmiyyətli ölkələrdən biri olan Panamaya son illərdə böyük iqtisadi investisiyalar etmişdi. Tayvan Xarici İşlər Nazirliyi isə Panamanın qərarına reaksiya göstərərkən Pekinlə bu mövzuda yarışmayacağını açıqladı.

Tayvan prezidenti Tsai Ing-wen keçən il iyun ayında Panamayı ziyarət etmişdi. Birləşmiş Millətlər Təşkilatının 1971-ci ilə qədər Çinin qanuni hökuməti olaraq Tayvanı tanıdıqdan sonra o il qərar dəyişdirərək Çin Xalq Respublikasını tanımışdı.

Tayvanı Çinin qanuni hökuməti olaraq görən ölkələr isə Çinlə iqtisadi əlaqəsi olmayan Orta və Cənub Amerikadakı bəzi dövlətlərlə kiçik ada dövlətləri ilə məhdud qaldı. Panama bu qərarının səbəbini açıqlamasaydı da son illərdə Çinlə iqtisadi əməkdaşlıq artırdı.

Çin şirkətləri Panamada liman tikintisi reallaşdırarkən Çinli dövlət şirkətləri də Panama Kanalının ətrafındakı torpaqlara maraq göstərməyə başlamışdı.

İnterpress.az