Yaşlanmağı gecikdirir – Badam südübackend

Yaşlanmağı gecikdirir – Badam südü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Badam südünün inkişaf etmiş ölkələrdə bu qədər məşhur hala gəlməsinin bir çox səbəbi var. İnək südünün səbəb olduğu həzm problemləri badam südünün bu qədər məşhur olmasının səbəbləri arasında iştirak edir. Çünki badam südündə, inək südündə olan və həzm problemlərinin mənbəyi olan laktoza yoxdur. Ayrıca badam südündə xolesterol də yoxdur.

Badam südü nədir, faydaları nələrdir?

Eynilə digər süd məhsullarında olduğu kimi badam südü də tam bir kalsium anbarıdır. 1 stəkan badam südü gündəlik kalsium ehtiyacının yüzdə 30-unu qarşılayır. Badam, E vitamini anbarı olaraq bilinir. 1 stəkan badam südü gündəlik ehtiyac duyulan E vitamininin yüzdə 125-ini qarşılayır. İnək südündə isə bu nisbət yüzdə 50-dir.Badamın tərkibində yağ var lakin badam südündə yağ nisbəti daha azdır.

Badam südü maqnezium, selen, manqan, kalsium, fosfor, kalium, sink və E vitamini ehtiva edir. Bu minerallar sağlam sümük inkişafına, həzmə, immunitet sisteminə köməkçi olarkən, E vitamini də yaşlanmağı gecikdirici təsir göstərir.

Badam südü vitamin və mineral baxımından olduqca zəngindir. Lakin yaxşı bir zülal qaynağı deyil. Zülal baxımından inək südü çox daha zəngindir. İnək südü sevməyən və ya heyvani qida istehlak istəməyənlər üçün badam südü ideal bir alternativdir.

Son dərəcə sağlam olan badam südünün, allergiya vermə ehtimalı yüksək olduğu üçün, uşaqlarda 2 yaşından sonra istifadə məsləhətdir. Badam allergiya verdiyində qaşıntı, mədə spazmı, qusma, ishal, burun axıntısı, öskürək və asqırmaya səbəb ola bilməkdədir. Bu səbəblə allergik bir bədənə sahibsinizsə, və ya uşağınız allergikdirsə badam südünü istifadə etməyin.

Badam südü nədir, faydaları nələrdir?
Badam südü necə hazırlanır?

* 1 stəkan su stəkanı çiy badam

* 4 stəkan su stəkanı su

* Toz darçın

* Şirinləşdirmək üçün bal, bəhməz

Hazırlanması:

Badamın axşamdan suya qoyun. Ən az 8 saat olmaq üzrə, 24 saata qədər saxlayabilərsiniz. Səhər badamın suyunu süzürük , suyu ilə birlikdə blenderə qoyub 2 dəqiqə qədər qarışdırırıq. Sonra bu qarışımı tənzifdən süzürük .Təkrar bilenderə töküb üzərinə darçın, bəhməz əlavə edib bir daha qarışdırırıq. Badam südümüz hazırdır. Soyuducuda 3 gün təzəliyini qoruyan badam südünü nuşla istehlak edə bilərsiniz.

Yaşlanmağı gecikdirir - Badam südü

Yaşlanmağı gecikdirir - Badam südü

İnterpress.az