Adele yanğının olduğu bölgəyə getdi, yıxıldı qaldı!backend

Adele yanğının olduğu bölgəyə getdi, yıxıldı qaldı!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonun Şimali Kensington səmtində \”Grenfell Tower\” adlı 24 mərtəbəli binada çıxan yanğında 17 adam həyatını itirdi. Çox sayda yaralının da olduğu yanğın sonrası hadisə yerinə ilk qaçan məşhur Adele oldu.

İngilis müğənnisi, özünü göstərmədən yanğın yerinə gedərək həyatını itirənlərin ailələrini və həyatda qalanlara təsəlli verdi.

Adelenin pərəstişkarlarının açdığı bir ictimai media hesabında:- \”Adele buralardaydı və hər kəsə sarılaraq təsəlli etməyə çalışırdı\” -qeydi yer aldı.
Bir Twitter istifadəçisi da Adelenin yanğın yerindəki fotoşəkillərini paylaşaraq:- \”Sənin kimi təvazökar və səmimi bir insanlar eyni ölkə vətəndaşı olmaqdan qürur duyuram\”- yazdı.

Bir başqa ictimai media istifadəçisi:- \”Adele Grenfell Tower\’a getdi və bununla əlaqədar tək söz söyləmədi. Bu onun nə qədər səmimi olduğunu sübut edir. Adele bir mələk, cənnəti haqq edir, çox böyük bir ürəyi var\”- qeydini paylaşdı.
Adele, mart ayında da Westminster\’da beş adamın öldüyü, 40 adamın yaralandığı terror hücumu sonrası yas tutmuş, Yeni Zelandiyadakı konsertində bunları söyləmişdi:
\”Bu gün mənim məmləkətim Londonda terror hücumu oldu. Bu an dünyanın o biri tərəfındəyəm və onlardan bizim işığımızı görmələrini və bizi eşitmələrini istəyirəm. Vətənimdə olmamaq çox üzücü, bu gün tək istədiyim vətənimdə, yoldaşlarım və ailəmlə olmaq. Hamısı yaxşı, amma ölənlər var, onlar yaxşı deyil, bu səbəbdən şam işiqlarını onlar üçün yandıraq\”.

Adele yanğının olduğu bölgəyə getdi, yıxıldı qaldı!

Adele yanğının olduğu bölgəyə getdi, yıxıldı qaldı!

İnterpress.az