Davamlı saqqız çeynəmək olmazbackend

Davamlı saqqız çeynəmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, sərbəst qidalanma heç bir zaman saqqız qədər bu oynağı və onu təşkil edən sümük-əzələ sistemini hərəkətli edə bilməz. İkinci effekt isə onun ağız suyu vəzilərini aktivləşdirməsi ilə üzə çıxır. Bu həzm prosesini sürətləndirməklə qida qalıqlarından ağız boşluğunu təmizləyir və sonradan əmələ gələ biləcək xəstəliklərin qarşısı beləcə alınmış olur. Ancaq kariyesi buraya daxil etmək olmaz. Belə ki, əmələ gəlməkdə olan karietik prosesi saqqızlar daha da aktivləşdirir.

Dişlərin ağlığı məsələsinin həllində saqqızların rol ala bilməyəcəyi isə birmənalı qəbul olunmuş qərardır. Həkimlərin gəldiyi ümumi qənaət belədir ki, saqqızların ağızı təravətləndirmək qədər xüsusi bir funksiyası yoxdur. Onu qətiyyən səhər yeməyindən öncə və gün ərzində davamlı çeynəmək olmaz. Mədənin selik ifraz edən vəzilərinin daima aktivləşməsini təmin edən saqqızlar bir çox xəstəliklərin, xüsusilə qastrit və xoranın ilk tətikləyici vasitəsi ola bilər. Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər isə ümumiyyətlə ondan uzaq durmalıdırlar. Normal, sağlam orqanizmə malik insanlar isə yalnız qidadan sonra və maksimum 5-10 dəqiqə saqqız çeynəyə bilərlər.

İnterpress.az