Qubada 51 yaşlı kişinin intiharının təfərrüatları- Banka kredit borcu olubbackend

Qubada 51 yaşlı kişinin intiharının təfərrüatları- Banka kredit borcu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayonun Hacıhüseynli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Əmir Sərkərovun banklara kredit borcu olub:

“Hadisə iyunun 14-də baş verib. Əmir Sərkərov başqa kənddə qeydiyyatdadır. 10 il olar ki, bizim kənddə torpaq alıb ev tikiblər. Ailəlidir, iki övladı var. Heç bir yerdə işləmir, təsərrüfatla məşğuldur. Səhhətində heç bir problem olmayıb. Amma son vaxtlar içkiyə meyilli olub. İki banka kredit borcu var, ödəyə bilməyib. İçki də bu prosesi sürətləndirib.”

Quba rayonunda intihar hadisəsi baş verib. Rayonun Hüseyinli kənd sakini, 1966-cı il təvəllüdlü Sərkərov Əmir İsmayıl oğlu yaşadığı evin həyətyanı sahəsindəki gilas ağacından özünü asaraq intihar edib.

İnterpress.az