Sabah şimşək çaxacaq, leysan yağacaqbackend

Sabah şimşək çaxacaq, leysan yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

İnterpress.az