Robin Şarmadan Möhtəşəm həyat üçün 60 məsləhətbackend

Robin Şarmadan Möhtəşəm həyat üçün 60 məsləhət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yazıda həyatınızın geridə qalanını qeyri-adi tərzdə yaşamaq üçün fokuslanmalı olduğunuz şeylərdən yazacağam. Həyat bir göz qırpımında keçib gedir və insanların çoxu həyatları boyunca eyni ili 80 dəfə yaşayırlar. Arxaya döndüyünüzdə peşmanlıq hissi ilə qarşılaşmamaq üçün aşağıdakı məsləhətləri oxuyun və gündəlik həyatınıza tətbiq edin.

İdmanla gündəlik şəkildə məşğul olun.
Sahib olduqlarınıza görə minnətdar olun.
İşinizi sənət əsəri olaraq qiymətləndirin.
Ən yaxşısını gözləyin, amma özünüzü ən pisinə də hazırlayın.
Gündəlik tutun.
“Benjamin Franklinin avtobioqrafiyası”nı oxuyun.
Həftəlik cədvəlinizi planlayın.
Həyatınızın 5 ən yüksək prioritetini müəyyənləşdirin.
Unutqanlığa yox deyin.
Çoxlu su için.
Hər keçən gün işinizi bir az daha təkmilləşdirin.
Özünüzə mentor tapın.
Kouçla çalışın.
Hər gün səhər 5-də qalxın.
Daha az yeyin.
Daha çox qəhrəmanlar tapın.
Kiminsə qəhrəmanı olun.
Tanımadığınız insanlara gülümsəyin.
Tanıdığınız ən etik insan olun.
Mükəmməllikdən daha azına razı olmayın.
Həyatdakı ən kiçik həzlərdən dadın.
Hər ay gəlirinizin 10%-nə qənaət edin.
İncəsənət qalereyalarına gedin.
Meşədə gəzin.
Sizə kömək edən insanlara təşəkkür məktubu yazın.
Sizə haqsızlıq edənləri bağışlayın.
Unutmayın, liderlik təsir və təəssürat oyatmaqdır, sadəcə titul və təltifetmə deyil.
Sevdiyiniz insanlarla unudulmaz anlar yaşayın.
5 ən yaxşı dostunuz olsun.
Digərlərini heyrətləndirəcək dərəcədə nəzakətli olun.
Televizoru söndürün.
Televizorunuzu satın.
Hər gün oxuyun.
Xəbərlərdən uzaq durun.
Sahib olduqlarınıza görə minnətdar olun.
Xəyallarınızı təqib edin.
Orijinal (özünüz) olun.
Çılğın olun.
Üzr istəməli olduğunuz zaman bundan çəkinməyin.
Sevinclərinizi ertələməyin.
Həyatınızın bir vizyonu olsun.
Güclü tərəflərinizi tanıyın.
Çatışmazlıqlarınıza fokuslanın.
Səbirli olun.
Təslim olmayın.
Artıqardan xilas olun.
Qüsursuz sözlərdən istifadə edin.
Çox səyahət edin.
James Allenin “Fikirləşdiyin kimi” kitabını oxuyun.
Valedeynlərinizi əziz tutun.
Taksi sürücülərinə yaxşı bəxşiş verin.
Əvəzedilməz komanda yoldaşı olun.
Tənqidə enerji sərf etməyin.
Dağlar qoynunda vaxt keçirin.
5 əsas dəyərinizi formalaşdırın.
Daim məşğul görünmək əvəzinə nəticələr əldə etməyə yönəlin.
Yeniliklər tətbiq edin və təkrarlayın.
Az danışın, çox qulaq asın.
Tanıdığınız ən yaxşı insan olun.
Həyatınıza məna qatın.

İnterpress.az