Səudiyyə Ərəbistanı İran qayığını atəşə tutdu — Ölən varbackend

Səudiyyə Ərəbistanı İran qayığını atəşə tutdu — Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fars körfəzində baş verən hadisə zamanı bir nəfər həlak olub. Bu barədə “Press TV” kanalı məlumat yayıb.

Verilən məlumata görə, həmin qayıqda balıqçılar olub. Səudiyyə Ərəbistanından bildirilib ki, balıqçılar sərhəddi pozduqları üçün xəbərdarlıq edilsə də, nəticəsiz qalıb. Buna görə də, onların qayığı atəşə tutulub.

“İlk xəbərdarlığa əhəmiyyət verilmədi. Təhlükəsizlik məqsədilə qayıq atəşə tutuldu”, – deyə məlumatda bildirilib.

İran tərəfi isə bu hadisəyə etirazını bildirib. Rəsmi Tehran məsələyə belə şərh verib: “İranın balıqçı qayığı su sərhədlərini pozmayıb. Qayıq İran ərazisində hücuma məruz qalıb. Nəticədə balıqçı öldürülüb”.

İran tərəfi həmçinin əlavə edib ki, istənilən halda Səudiyyə Ərəbistanının güc strukturları qayığa atəş açmamalıydı:

“Hətta İranın balıqçı qayığı su sərhəddini pozmuşdusa belə, onlara atəş açılmamalıydı. Çünki balıqçılar silahsız idilər. Onları həbs edə bilərdilər. Bu zaman məsələ daha da aydın araşdırılardı”.

Qeyd edək ki, hazırda İran nümayəndələri balıqçı qayığının sərhəddi pozması ilə bağlı səsləndirilən ittihamları araşdırır.

İnterpress.az