“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilibbackend

“Formula-1” Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilmişdir. Daha iki reys bu həftə yerinə yetiriləcək.

Reysləri Silk Way Airlines, Cargolux, Qatar Cargo və AirBridgeCargo yük aviaşirkətləri yerinə yetirirlər.

\”Formula-1\” Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

"Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi üçün yüklər Bakıya gətirilib

İnterpress.az