“Ağızlarının içindən yumruğu yeyəndə, o  zaman dünyadakı hesab kitabın necə olduğunu başa düşəcəklər”backend

“Ağızlarının içindən yumruğu yeyəndə, o zaman dünyadakı hesab kitabın necə olduğunu başa düşəcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xameneyi ABŞ yeni rəhbərliyini \”səriştəsiz və təcrübəsiz\” olmaqda günahlandıraraq, Trumpın İrana istiqamətli mövqeyini \”nəzərə alınmayacaq təlaş\”- deyə fikir bildirdi.

Suriya və İraqdakı qarşdurmalarda həyatını itirənlərin ailələrinin qarşısında çıxış edən Xameneyi, Ağ Evdəki yeni rəhbərlik üçün \”sərsərlik aləminə yeni girmiş bıçaq sallayanlar\” – bənzətməsini etdi.

İran dini lideri:- \”Bunlar səriştəsiz və təcrübəsizdirlər. Nə etdiklərini bilmirlər. Sərsərlik aləminə yeni girənlər kimi təsadüfən sağa-sola bıçaq sallayırlar. Ağızlarının içindən yumruğu yeyəndə, o zaman dünyadakı hesab kitabın necə olduğunu başa düşəcəklər\” – deyə danışdı.

İranın inqilabın quruluşundan bəri, son 38 ildə davamlı ABŞ-nın düşməncə münasibəti ilə qarşı-qarşıya olduğunu vurğulayan Xameneyi, Trump üçün: \”ABŞ-da yeni iş başına gəlmiş bu adamın qeyri-ciddi xarakterini nəzərə almayın. Bunlar yeni şeylər deyil. İran möhkəm ayaqdadır. Bilsinlər, onlar bizə deyil, biz onlara təpik atarıq\”- dedi.

"Ağızlarının içindən yumruğu yeyəndə, o  zaman dünyadakı hesab kitabın necə olduğunu başa düşəcəklər"

İnterpress.az