ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edibbackend

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin məlumat verib. Onun sözlərinə görə, Rusiya ilə yanaşı Ukraynaya da sanksiyalar tətbiq edilib.

ABŞ hökuməti Donbasdakı vəziyyətlə bağlı Rusiya və Ukraynanın 38 iş adamına qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyaya təzyiqi qoruyub saxlayacaq”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Rusiya ilə Qərbin münasibətləri 2014-cü ildə Ukrayna-Krım məsələsinə görə pisləşdi. ABŞ və Avropa Birliyi Rusiyaya qarş sanksiyalar tətbiq etməyə başladı. ABŞ-ın 44-cü prezidenti Barak Obama hakimiyyətinin son günlərində Rusiyaya qarşı ardı-ardına 100-ə yaxın sanksiyalar tətbiq edib. Rusiya hökuməti isə ABŞ-ın 45-ci prezidenti Donald Trampın həmin sanksiyaları yüngülləşdirəcəyi, yaxud ləğv edəcəyi barədə ümid etsələr də, son baş verənlər Putin hakimiyyətinin bu arzusunu “ürəyində” qoydu.

İnterpress.az