İnsanlar üzərində təcrübə başladı: Xolesterol iynəsi Gəlir!backend

İnsanlar üzərində təcrübə başladı: Xolesterol iynəsi Gəlir!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, xolesterola qarşı iynə, insult, stenokardiya və infarkta qarşı gündəlik olaraq istifadə edilən dərmanlara alternativ olaraq gündəmə gəldi.

Araşdırmaya başçılıq edən Dr. Günther Staff, dərmanın etibarlı və kifayət qədər təsirli olduğunu görmək üçün ediləcək testlərin illərcə davam edə biləcəyini ifadə edərək:- \”Dərman altı il içində bazara çıxsa belə bu, insanların idman etməməsi və çox yağlı yeməklərdən uzaq dayanmaması üçün bir bəhanə ola bilməz\” – dedi.

Dərman, immunitet sisteminin PCSK-9 adlı proteinə hücum etməsini təmin edir. Bu zülal \”pis\” aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterolunun qanda toplanmasına gətirib çıxarır. Araşdırmaçılar, yeni iynənin immunitet sistemini gücləndirəcəyini də əminliklə söyləyirlər.

Siçanlar üzərində aparılan təcrübələrdə, LDL xolesterolu səviyyəsi 12 ay içində yüzdə 50 nisbətində düşdü. Təcrübələrdə, dərman damarlarda xolesterol yığılmasını qarşısını aldı.

İnsanlar üzərində təcrübə başladı: Xolesterol iynəsi Gəlir!

İnterpress.az