Aspirini əvəz edir – Moruq – FOTObackend

Aspirini əvəz edir – Moruq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müalicə məqsədilə moruqdan aşağıdakı xəstəliklər zamanı istifadə edilir:
* Anemiya zamanı ½ stəkan təzə moruq şirəsi gündə 2-3 dəfə yeməkdən əvvəl içilir.
* Həyəcanlanma, əsəbilik zamanı 500 ml soyuq suya 2 xörək qaşığı moruq və 2 xörək qaşığı moruq yarpağı xırdalanıb tökülür və 5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra qarışımın üstü isti dəsmalla örtülür və 1 saat dəmlənir. Dəmlənədən gündə 2-3 dəfə ½ stəkan yeməkdən yarım saat əvvəl içilir.
* Diş ətlərinin iltihabi zamanı ağız boşluğunu bir-neçə dəqiqə moruq şirəsi ilə yaxalamaq xəstəliyin sağalmasına səbəb olur.
* Angina xəstəliyi zamanı boğazı muruq şirəsi ilə yaxalamaq xəstəliyin əlamətlərini aradan qaldırır. Moruq şirəsinə yerkökü şirəsi əlavə eləmək isə müalicənin effektini daha da artırır.
* Dermatitlər və ekzemalar zamanı qurumuş moruq və moruq yarpaqlarını (2 xörək qaşığı) 1,5 stəkan qaynar suda 5 dəqiqə qaynatmaq və 1 saat dəmləmk lazımdır. Bu dəmləmədən gündə 2-3 dəfə yeməkdən yarım saat əvvəl ½ stəkan qəbul eləmək dəri xəstəliklərinin əlamətlərini azaldır və xəstəliklərin sağalmasına səbəb olur.

Aspirini əvəz edir - Moruq - FOTO

Aspirini əvəz edir - Moruq - FOTO

Aspirini əvəz edir - Moruq - FOTO

Aspirini əvəz edir - Moruq - FOTO

İnterpress.az