Vidadi Zeynalova bəraət tələb edildibackend

Vidadi Zeynalova bəraət tələb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vidadi Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı elan olunan ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib: \”Nazirliyin aparat rəhbəri olan Vidadi Zeynalov maddi-məsul şəxs olmayıb. Məhkəmə istintaqı zamanı da istintaq orqanın irəli sürdüyü ittihamların Vidadi Zeynalova aidiyyətinin olmadığı sübuta yetirilib. Təqsirləndirilən digər şəxslər və şahidlər məhkəmədəki ifadələrində Vidadi Zeynalov tərəfindən hər hansı qanunsuz göstəriş verilmədiyini deyiblər. Digər tərəfdən, məhkəmədə bəlli oldu ki, Vidadi Zeynalovun müəyyən insanlara aylıq paket formasında əmək haqqı verməsi birbaşa rəhbərliyin göstərişi ilə olub. Yəni onun yerinə kim olsaydı, rəhbər şəxsin əmrini yerinə yetirərdi. Ona görə də Vidadi Zeynalova bəraət hökmünün çıxarılması tələb edirik\”.

Həmçinin, Bəylər Məmişov dövlətə vurulan ziyandan 4 milyon 200 min manat ödənildiyi barədə qəbzi məhkəməyə təqdim edib.

V. Zeynalovun digər vəkili Elxan Süleymanlı isə çıxışında hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. O deyib ki, istintaq materiallarında \”P.L.Z\” MMC və \”Fərid-R\” çoxsahəli istehsalat firmalarının V. Zeynalovun himayəsi altında fəaliyyət göstərməsini sübut edən dəlillər yoxdur.

Beytulla Hüseynovun vəkili Vilayət Nadirov isə çıxışında qeyd edib ki, B. Hüseynov vurulmuş ziyanı tam ödəyib və buna görə, o, azadlığa buraxılmalıdır.

Məhkəmə digər vəkillərə çıxış üçün vaxt verib.

Proses iyulun 5-də davam edəcək.

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, \”Optik Qurğular İdarəsi\” MMC-in rəhbəri Emin Məmmədova və \”Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, \”Azərpoçt\” sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər – \”Bakı Rabitə Təmir Tikinti” və \”Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, \”Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova \”Aztelekom\”MMC-in direktoru Məhəmməd Məmmədov, \”Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , \”AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu \”Bakı Rabitə Təmir Tikinti” və \”Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu \”3 nömrəli Rabitə Təmir Tikinti”, \”Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

İnterpress.az