“Trumpla münasibətim olmadı”- FOTObackend

“Trumpla münasibətim olmadı”- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransanın keçmiş birinci xanımı Karla Bruni, bir zamanlar adı eşq dedi-qodularına qarışdığı ABŞ prezidenti Donald Trump haqqında danışdı. Trumpın ikinci həyat yoldaşı Marla Maplestan ayrılmasının səbəbi olaraq göstərilən Carla Bruni, xəbərləri bir daha təkzib etdi.

\”Daily Beast\”e açıqlama verən Carla Bruni, 1991-ci ildə ortaya atılan, hətta Trump tərəfindən da təsdiqlənən dedi-qodularla əlaqədar olaraq:- \”Əslində bu vəziyyət başdan – sona qədər yalandır və yaşanmadı. Ona görə də, Trump mətbuata açıqlama verəndə çox təəcublənmişdim\”- dedi.

Google-dən haqqında verilən axtarışlarda çıxan ilkin nəticələrin, bir dedi-qoduyla əlaqədar olduğunu vurğulayan Carla Bruni, sözlərini belə davam etdirdi: -\”Bəlkə bu maraq Amerika Google olmasıyla bağlıdır. Çünki Fransız Google baxdığınızda başqa şeylər çıxır, işim və gənclik fotolarım. Amma uşaqlığımla əlaqədar çox məlumat olmasından məmnunam, onları qoruya biliblər\”-dedi.

Trumpın Ağ Evə daşıyan kampaniya müddətində, Washington Post qəzetinin, Trumpın xalqla əlaqələr məsləhətçisinin bəzi məşhur qadınlarla əlaqədar yalan xəbərlər ortaya çıxarmışdı. Bu xəbərləri gördüyünü söyləyən Carla Bruni:-\” Danışacaq bir şey yoxdur. Demək istərdim ki, demokratiya diktatorluqdan yaxşıdır və demokratiya seçki ilə əlaqədardır. Ona görə demokratiyaya hörmət etməliyik\”.

Carla Bruni, ABŞ-dakı prezident seçkilərinin dərhal sonra Trumpın yoldaşı Melania Trumpın nəşr olunan çılpaq fotoşəkilləri haqqında da danışdı. Dövrün Fransa prezidenti Nikola Sarkozylə evlənməsindən sonra gənclik illərində çəkdirdiyi çılpaq fotoşəkli hərracda satılan Carla Bruni:- \”İki vəziyyət fərqli, çünki mənim modellik kaiyeram var idi\”.

Özünün Fransa və İtaliya mənşəli olduğunu, bu ölkələrdə çılpaq poza verməyin sənət çərçivəsində olduğunda bir problem yaratmadığını söyləyən Carla Bruni, belə davam etdi:- \”Bu fotoşəkildən heç utanmadım. Və o foto mən 20 yaşında olarkən çəkilmişdi, uşaq sahibi olmamışdan əvvəl. O fotoya baxıb \’Yaxşı görünürəm\’ deyə düşünmüşdüm. Ayrıca həddindən artıq dərəcədə seksual bir vücudum yoxdur. Hər zaman çox zəif və qismən gənc görünüşə sahib oldum. Bu səbəblə də çılpaq fotoşəkillərinin heç bir zaman Playboy-vari olmadı. O fotoşəkillər, möcüzə fotoqraflar tərəfindən çəkilmiş, bədii pozlardı\”- dedi.

"Trumpla münasibətim olmadı"- FOTO

"Trumpla münasibətim olmadı"- FOTO

"Trumpla münasibətim olmadı"- FOTO

"Trumpla münasibətim olmadı"- FOTO

"Trumpla münasibətim olmadı"- FOTO

"Trumpla münasibətim olmadı"- FOTO

İnterpress.az