Çovdarov məhkəmədə lətifə danışdı: “Bu mənim işimdir”backend

Çovdarov məhkəmədə lətifə danışdı: “Bu mənim işimdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, prosesdə Tağı Əhmədovun oğlu Ruslan Əhmədov sualları cavablandırıb.

O, atasının 3 milyonunu əmisi oğlu Əli Əhmədovla birlikdə A.Çovdarova verdiyini deyib.

Həbsdə olan MTN generalı Sübahir Qurbanovun vəkili Cavid Rzazadə vəsatət verərək həmin tarixə aid Ruslan Əhmədov, Əli Əhmədov, Akif Çovdarov və Çovdarovun sürücüsünün mobil telefonlarının anten məlumatlarının təqdim edilməsini istəyib.

Amma hakim vəsatətə münasibət bildirməyib və müzakirəyə çıxarmayıb.

Prosrsdə general Çovdarov biznesmen İlqar Budaqovun dinlənilməsi epizodu üzrə ifadə verib.

O bildirib ki, Budaqovun telefonlarının dinlənilməsi üçün məhkəmə qərarı olub bə hər şey qanun çərçivəsində olub. Akif Çovdarov qanunsuz dinləmələrlə bağlı ona verilən ittihamlara lətifə ilə cavab verib.

\”Bir nəfər oğurluq edir, məhkəmədə hakim buna deyir ki, utanmırsan gecə saat 2-də camaatın evinə girirsən? Sonra hakim buna iş kəsir. Həmin adam həbsdən çıxandan sonra yenə oğurluq edir. Bu dəfə oğurluğu gündüz edir. İş yenə həmin hakimə düşür. Hakim yenə buna deyir ki, sən nə utanmaz adamsan? Günün günorta çağı oğurluq edirsən. Oğru dözməyib deyir ki, cənab hakim, gecə oğurluq etdim elə dediniz, gündüz də etdim belə dediniz. Bəs mən nə vaxt oğurluq edim? İndi mən də məhkəmə qərarı ilə də dinləmə aparanda günahkar oluram, məhkəmə qərarı olmadan dinləmə aparanda da. Bu mənim işimdir. Dinləmə aparmalıyam\”.

Növbəti məhkəmə prosesi iyulun 3-nə təyin edilib. (musavat)

İnterpress.az