Hamilə qadın özünü maşının altına atdıbackend

Hamilə qadın özünü maşının altına atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın APA-ya istinadən xəbərinə görə, Mingəçevir şəhər sakini Eyvaz Abdullayev idarə etdiyi 10-BT-148 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən 1993-cü il təvəllüdlü Məmmədova Günel Güloğlan qızını vurub.

Hadisə qadının yaşadığı evin qarşısındakı küçədə baş verib. Baldır və kürək nahiyəsindən xəsarətlər alan G. Məmmədova Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub.

Xəstəxanadan bildirilib ki, qadın hamilədir və hadisə nəticəsində onun bətnindəki uşağın səhhətində problem yaranmayıb. Şəhər sakinlərinin sözlərinə görə, qadın əsəbi halda evdən qaçaraq küçəyə çıxıb və özünü qəsdən hərəkətdə olan avtomobilin qarşısına ataraq intihara cəhd edib.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az