ABŞ polisi hamilə qadını uşaqlarının gözü qarşısında öldürdübackend

ABŞ polisi hamilə qadını uşaqlarının gözü qarşısında öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Seattle şəhərində oğurluqda ittiham olunan 30 yaşlı 4 uşaq anası və hamilə olan zənci Amerikalı Charleena Lylesə polis atəş açaraq öldürdü.
Mövzuyla əlaqədar açıqlama verən polis, Lylesin əlində iki ədəd bıçaq olduğunu və polislərə tərəf hücum etdiyini söyləyib.-\” Biz özümüzü müdafiə etmək məcburiyyətində qaldıq\”.

Polis qadını uşaqlarının gözü qarşısında öldürdü

Uşaqlarının qarşısında polis şiddətinin qurbanı olan Lylesin hamilə olduğu və uşaqlarından birində, davamlı baxım və diqqət tələb edən Down sindromu olduğu ifadə edildi.

Qeyri-hökumət təşkilatlarından reaksiya gəldi

Hadisə, ölkə daxilində bir çox qeyri-hökumət təşkilatları tərəfindən şiddətlə qınandı.

Qadının evinin qarşısında etiraz

Hadisəyə reaksiya göstərən yüzlərlə adam isə, Lylesin yaşadığı evin qarşısında toplanaraq, nümayiş təşkil etdi.
Nümayiş, zənci amerikalılara qarşı tətbiq olunan şiddətə qarşı ictimai media üzərindən açılan #BlackLivesMatter etiketi ilə 2013 qurulan qeyri-hökumət hərəkəti \”Black Lives Matter\” in (Qaraların həyatları qiymətlidir) sloqanları ilə reallaşdırıldı.

Nümayiş olaysız sona çatdı

\”Qaraların Həyatı Əhəmiyyətlidir\” #SayHerName, Charleena LYLES \”(Onun adını söylə, Charleena LYLES) sloganlarının istifadə edildiyi nümayiş, olaysız sona çatdı.

\”Polis onu rahatca həbs edə bilərdi\”

Lylesin bacısı Monika Williams yerli media üzərindən etdiyi şərhdə:-\”Polislər onu rahatca tuta bilərdi. Mən belə edə bilərdim.\” deyərək, polislərə reaksiya göstərdi.

Seattle Bələdiyyə Başçısı Ed Murray da hadisəni \”faciə\” olaraq xarakterizə edərkən, hadisə ilə əlaqədar \”tam, müstəqil və şəffaf\” bir istintaq keçirəcəyinə dair söz verdi.
Statistikaya görə, əyalətdə 2005-2014 illəri arasında 213 adam polis şiddəti nəticəsində həyatını itirib.

İnterpress.az