Bank aprel şəhidini məhkəməyə verdi – Ailəsinin evi əllərindən alınırbackend

Bank aprel şəhidini məhkəməyə verdi – Ailəsinin evi əllərindən alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.

Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb: \”Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan \”Para Bank”dan götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir. Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”

Q. Paşayeva bank rəhbərliyinə müraciət də edib: \”Sizə yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur? Məncə siz də belə düşünürsünüz ki, var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən (o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır) evsiz qalmamalıdır. Hara gedəcək bu ağsaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri, nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq”.

Qeyd edək ki, Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub.

O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə \”Hərbi xidmətdə fərqlənməyə görə\” III dərəcəli medalı ilə təltif edilib.

İnterpress.az