“Heydər” məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıbbackend

“Heydər” məscidində qılınacaq bayram namazlarının vaxtı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.

Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.

R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: \”Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər\”.

Qeyd edək ki, iyunun 25-də \”Heydər\” məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə \”Quran\” tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.

İnterpress.az