Trump rəhbərlikdə kasıb istəmirbackend

Trump rəhbərlikdə kasıb istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Gazeta Ru\” ya istinadən xəbər verir ki, Trump, Iowa əyalətinin Cedar Rapids şəhərində təşkil edilən görüşdə, kabinetində milyarderlərin fəaliyyət etməsindən bəhs etdi. ABŞ prezidenti Donald Trump, iqtisadiyyat rəhbərliyində kasıb insanlara yer vermək istəmədiyini ifadə edərək:- \”Zəngin və ya kasıb bütün insanları sevirəm, ancaq xüsusilə iqtisadiyyat rəhbərliyindəki mövqelərdə kasıb insan istəmirəm. Çünki istədiyimiz düşüncə quruluşu bu. Bu sizə məntiqli gəlmir mu? Əgər israr etsəniz bu vəziyyəti dəyişə bilərəm, amma mən beləsini daha çox bəyənirəm\”- dedi.

Ağ Evin Baş İqtisadiyyat müşaviri olmaq üçün \”Goldman Sachs\”da başçılığını buraxan Gary Cohnun amerikalıları təmsil etmək üçün nəhəng maaşından imtina etdiyinə diqqəti çəkən Trump:- \”Bu mövqelər üçün bir çox şeydən imtina etdilər\”- dedi.

Trumpa fəaliyyətdə yoldaşlıq edən Cohn, 25 il çalışdığı \”Goldman Sachs\”dan təxminən 285 milyon dollar alaraq ayrılmışdı.

Qeyd edək ki, Trumpın kabinetindəki adların ümumi sərvəti təxminən 15 milyard dolları aşır.

Söz mövzusu rəqəm, Trumpın 4,5 milyard dollar ətrafında olduğu təxmin edilən sərvətiylə birlikdə 20 milyard dollara yaxınlaşır.

Trumpın ən zəngin kabinet üzvü, 5,1 milyard dollarlıq ümumi mal varlığı Təhsil naziri Betsy Devos. Bu mövqeyə təyin edilməsi böyük mübahisə yaradan DeVosu Ticarət naziri Wilbur Ross izləyir. Təxminən 25 il ərzində dünya tərəfindən məşhur Rothschild firması üçün çalışdıqdan sonra öz şirkətlərini quran Rossun dəqiq mal varlığının təxminən 2,9 milyard dollar olduğu ifadə edilir.

Trumpın Kiçik Müəssisələr İdarəsinin başına gətirdiyi Linda McMahon, siyahıdakı üçüncü zəngin. Daha əvvəl güləş idmanına istiqamətli əyləncə şirkəti Dünya Əyləncə Güreşinin Üst idarəçiliyini (CEO) edən McMahonun dəqiq varlığı, yoldaşı Vincent McMahonla birlikdə 1,16 milyard dollar.

Xarici işlər naziri və köhnə Exxon Mobile CEOi Rex Tillerson, təxminən 300 milyon dollarlıq sərvətiylə ən zəngin dördüncü ad xüsusiyyətini daşıyır. Milli İqtisadiyyat Şurasının Direktorlüğuna Gary Cohnun 500 milyon dolların üzərində sərvəti olduğu təxmin edilir. ABŞ Xəzinə Nazirliyinə namizəd göstərilən köhnə Goldman Sachs ortağı Steve Mnuchinin mal varlığının isə 50 milyon dollar yaxın olduğu nəzərdə tutulur.

İnterpress.az