Ordumuzun şərəfinə yeni medal təsis edilirbackend

Ordumuzun şərəfinə yeni medal təsis edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif olunub.

Layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənlənar iclasında müzakirəyə çıxarılacaq.

İnterpress.az