Ramazanda bir günlük iftar menyusubackend

Ramazanda bir günlük iftar menyusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkibində çoxlu miqdarda vitaminlər və minerallar olduğu üçün tərəvəzlərə daha çox üstünlük verin. Qəlyanaltı olaraq çəkilmiş meyvə şirələri və meyvələrdən hazırlanmış smuzilərə üstünlük verin. Sahur üçün süd məhsulları seçimi zamanı az yağlı və ya yağsız pendir, süd, qatıq kimi məhsullardan istifadə edin. Həzmi asan olduğu üçün çovdar unundan hazırlanmış çörəyə üstünlük verin. Yağlı əti daha yüngül həzm olunan toyuq, balıq əti ilə əvəz edin. İftardan sonra mümkün qədər ən az 1.5-2 litr su içməyə çalışın.

Fiziki hərəkətlərə gəldikdə isə, orucluq vaxtı bədənimiz lazımi qida və suyu əldə edə bilmədiyi üçün enerji az olur, buna görə də, ağır fiziki hərəkətlərlə məşğul olmaq olmaz. İftardan sonra 1 saat gəzinti, fitness, pilates kimi fiziki hərəkətlərlə məşğul ola bilərsiniz. Belə olan halda sağlamlığımızı və bədən formamızı da qorumuş olarıq.

İndi isə sizə bir günlük iftar menyusununun planını təqdim edirik. Praktiki olaraq təqdim edəcəyimiz bu plan Ramazan ayında necə sağlam qidalanmaq olar sualına cavab tapmağınızda yardımçı olacaq:

1. İftar zamanı sobada bişmiş toyuqla tərəvəzli plov reseptini sınaqdan keçirə bilərsiniz:

Lazım olan ərzaqlar:

-1 fincan qəhvəyi düyü

-1 xırda doğranmış baş soğan

-1 fincan doğranmış yerkökü

-1/2 fincan noxud

-1/2 fincan qırmızı şirin bibər

-1/4 çay qaşığı sarıkök

-2 diş sarımsaq

-1 santimetr ölçüdə zəncəfil kökü

-1 çay qaşığı cirə

-1 xörək qaşığı zeytun yağı

-2 xörək qaşığı doğranmış nanə və keşniş

Ramazanda bir günlük iftar menyusu

Hazırlanması:

Düyünü suda qaynadın. Suyunu süzün. Ayrıca bir tavada soğan və cirə toxumlarını zeytun yağında yüngülcə bişirin. Ardınca sarıkök və digər ədviyyatları əlavə edin. Sonra düyünü qarışığa əlavə edib qarışdırın və bir qədər qarışdıra- qarışdıra bişirin. Eyni zamanda isə toyuğun döş ətini duz və istiotlayıb sobada bişirdikdən sonra düyünün üzərinə qoya bilərsiniz.

2. Salat olaraq yay mövsümü üçün ən uyğun və sərinləşdirici yoqurt və nanəli xiyar salatı hazırlamaq olar.

Ramazanda bir günlük iftar menyusu

250 qram adi az yağlı və ya yağsız qatığa 1 fincan xırda doğranmış xiyar, 2 diş sarımsaq və 1 çay qaşığı qurudulmuş nanə əlavə edib qarışdırın.

3. Desert olaraq manqo və ananasdan hazırlanmış smuzi ən sağlam və dadlı seçimdir.

Lazım olan ərzaqlar:

– 2 yetişmiş manqo

– 1 fincan doğranmış ananas dilimləri

– 1/2 fincan badam

– 1.2 fincan yağsız adi yoqurt

İnqredientlərin hamısını blenderdən keçirin və dadlı smuzidən həzz alın!

Sahur zamanı isə sıyıq, çərəz, meyvə salatı, çovdar çörəyi ilə az yağlı pendir, süd, ev şəraitində hazırlanmış cem kimi yüngül qidaları qəbul edə bilərsiniz.

Ramazanda bir günlük iftar menyusu

İnterpress.az