Venesuelada etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülübbackend

Venesuelada etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla da öldürülən etirazçıların sayı 76-ya çatıb.

Hərbçilər bildirib ki, həmin şəxs iyunun 22-də gecə saatlarında hərbi bazanın ərazisinə keçməyə cəhd göstərib. Ona görə də ona atəş açıblar.

Qeyd edək ki, Venesuelada etiraz aksiyaları bu ilin aprelində başlayıb və davam edir. İndiyədək aksiyaçılarla polis arasında baş verən toqquşmalarda 75 nəfər ölüb.

Ölkə prezidenti Nikolas Maduro mövcud parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan edib. Onun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaq.
Mövcud parlamentdə prezident N.Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir. Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir. (report)

İnterpress.az