Trump geri addım atdı: “Comeylə görüşümüzün qeydləri məndə yoxdur”backend

Trump geri addım atdı: “Comeylə görüşümüzün qeydləri məndə yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trump, keçmiş FBI direktoru James Comeylə apardığı danışıqların qeydlərinin özündə olmadığını söylədi. Trump, mövzuya bağlı şərhləri ictimai paylaşma saytı Twitter üzərindən etdi.
Vaxtilə mətbuata, özünün Comeylə görüşlərin qeydləri olduğu iddia edən, faylların paylaşıldığına diqqəti çəkən Trump, hal-hazırda bu qeydlərin özü tərəfindən götürülmədiyini ifadə etdi.
Trump:- \”Yaxın zamanda çıxan elektron nəzarət, sənədlər, məlumatların qeyri-qanuni olaraq ortaya çıxarılması və sızdırılması- bunlar haqqında heç bir fikrim yoxdur. Mənim Comeylə etdiyim danışıqların görüntüləri ya da səs qeydlərindən xəbərim belə yoxdur.. Belə qeydlər etmədim və məndə bu cür qeydlər yoxdur\”- deyə bildirdi.
Trump, daha əvvəl etdiyi bir şərhində görüşün qeydlərinin özündə ola biləcəyini eyham edərək:- \”James Comey, görüşlərimiz haqqında mətbuata sızdırmadan əvvəl bu danışıqların qeydinin olmaması üçün dua etsin\” – ifadələrini istifadə etmişdi.

İnterpress.az